Ukrayna NATO-dan sualtı dronlar və texnika istəyib


Ukrayna NATO-dan sualtı minatəmizləmə texnikası, o cümlədən sualtı pilotsuz uçuş aparatları (dronlar), metaldetektorlar və akvalangçılar üçün dərinlik dəbilqələri istəyib. 

AFN.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

"Ukrayna Fəlakətlərə Qarşı Avro-Atlantik Koordinasiya Mərkəzi (EADRCC) vasitəsilə humanitar minasızlaşdırma və partlayıcı qurğuların daşınması üçün avadanlıq sorğusu göndərib", – deyə sənəddə bildirilir.

Bura 10 ədəd muxtar sualtı dron, akvalangçıların 50 metrdən çox dərinlikdə işləməsi üçün 20 ağır dəbilqə, akvalangçıların səthlə əlaqəsi üçün 10 rabitə stansiyası, 50 sualtı metaldetektor, 1 700 sualtı videokamera və 100 məsafədən idarə olunan detonavatır daxildir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu