Avropa Komissiyası Ukraynaya dronlar üçün daha 1 milyard avro ayırıb
Avropa Komissiyası Kiyevə 90 milyard avroluq hərbi maliyyələşdirmə proqramı çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün daha 1 milyard avro vəsait ayırıb.
AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kiyevə səfəri zamanı bəyan edib.
"Avropa Komissiyası pilotsuz uçuş aparatları üçün daha 1 milyard avro məbləğində yeni tranşın ayrılmasını təsdiqləyib", – deyə o bildirib.
Fon der Lyayen həmçinin qeyd edib ki, Avropa Komissiyası həmin proqram çərçivəsində Ukrayna üçün "dronlar, raketlər və təyyarələrin" satın alınmasına yönəldiləcək daha 10 milyard avronun bölüşdürülməsi planını da təsdiqləyib.


