Aİ Ukraynaya hərbi məqsədlər üçün 6 milyard avro kredit ayıracaq


Avropa İttifaqı Ukraynaya pilotsuz təyyarələrin birgə inkişafı üçün 6 milyard avro hərbi kredit ayıracağına söz verib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Strasburqda Avropa Parlamentinin sessiyasında Aİ-dəki işlərin vəziyyəti ilə bağlı çıxış edərkən deyib.

"Biz bu pilotsuz təyyarə müharibəsində Ukraynanı dəstəkləmək üçün sənaye imkanlarımızdan istifadə edə bilərik. Ona görə də mən bəyan edə bilərəm ki, Avropa Ukraynaya 6 milyard avro hərbi kredit verəcək və Ukrayna ilə pilotsuz təyyarələrin inkişafı üçün ittifaq yaradacaq", - deyə o bildirib.

Fon der Leyenin sözlərinə görə, vəsait G7 ölkələri tərəfindən təklif olunan ERA (Fövqəladə Gəlirlərin Sürətləndirilməsi) təcili kreditləşmə mexanizmi çərçivəsində ümumilikdə 50 milyard dollar həcmində təmin ediləcək. Bu proqram çərçivəsində ayrılan kreditlərə Qərbdə dondurulmuş Rusiyanın suveren aktivlərindən əldə edilən gəlirlər xidmət göstərir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu