AP komitəsi Rusiyanın aktivləri ilə Ukraynaya 35 milyard avro kredit ayrılmasını təsdiqləyib


Avropa Parlamentinin (AP) komitəsi G7 öhdəliyi çərçivəsində Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərinin qaytarılmasını təmin etməklə Ukraynaya 35 milyard avro kredit ayıracaq.



Brüsseldə keçirilən AP Ticarət Komitəsinin iclasında Rusiyanın dondurulmuş aktivləri ilə Ukraynaya dəstək təşəbbüsü müzakirə edilib.

Komitə üzvləri 4 "xeyr" və 31 "hə" səsi ilə G7-nin təxminən 45 milyard avroluq öhdəliyi çərçivəsində Aİ-nin Rusiyanın dondurulmuş aktivlərinin qaytarılmasını təmin etməklə Ukraynaya 35 milyard avro kredit ayırmasını qəbul edib.

Digər tərəfdən, Ukraynanın təcili maliyyə ehtiyaclarını dəstəkləmək üçün hazırlanan təşəbbüs çərçivəsində Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlir axını AB və G7 tərəfdaşlarından veriləcək kreditlərin ödənilməsinə yönəldiləcək.

Təşəbbüsün AP Baş Assambleyasının oktyabrın 21-24-də keçiriləcək sessiyasında səsverməyə çıxarılacağı gözlənilir.

G7 ölkələrinin liderləri iyun ayında Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən girov kimi istifadə edərək, Ukraynaya 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəliblər.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Rusiyanın 300 milyard dollara yaxın aktivlərini dondurub. Bu məbləğin təxminən 200 milyard dolları Aİ ölkələrinin payına düşür.

Dondurulmuş aktivlər hər il milyardlarla dollar faiz gəliri gətirir. G7 ölkələri, xüsusən də ABŞ bu gəliri Ukraynaya dəstək vermək üçün istifadə etmək istəyir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu