Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 35 milyard avro kredit verəcək


Avropa İttifaqı Ukraynaya daha proqnozlaşdırıla bilən maliyyə dəstəyini təmin etmək üçün Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən gələcək mənfəətlə 35 milyard avroluq kredit verməyi planlaşdırır.


AFN.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin üç mənbədən dəqiqləşdirdiyi xəbərə görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə səfəri zamanı müvafiq bəyanatla çıxış edəcək.

Kredit Ukraynaya ABŞ və G7 ölkələri ilə danışıqlar nəticəsində ortaya çıxan 50 milyard dollarlıq yardım planının bir hissəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu