Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 35 milyard avro kredit təsdiqləyib


Avopa İttifaqı ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Ukraynaya 35 milyard avro məbləğində kreditin ayrılmasını təsdiqləyib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. İndi qərar Avropa Parlamenti tərəfindən ratifikasiya edilməlidir, bundan sonra o, rəsmən təsdiqlənəcək.

"Yardım Ukraynanın Rusiya təcavüzünün güclənməsi səbəbindən artan təcili maliyyə ehtiyaclarını dərhal ödəməyə yönəlib", - deyə məlumatda bildirilib. Əlavə edilib ki, 35 milyard avroluq kredit G7 ölkələrinin - ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiyanın Ukraynaya 50 milyard dollar kredit ayırması təşəbbüsünə AB-nin töhfəsidir. Kiyev onlardan istifadədə maksimum hərəkət azadlığı əldə edəcək. Ukraynanın onları 2025-ci ildə qəbul etməyə başlayacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu