Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən daha 1 milyard avro əldə etdi


Avropa İttifaqı Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə kredit proqramı çərçivəsində 1 milyard avro həcmində daha bir tranş göndərib.

AFN.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Yuliya Sviridenko bildirib.

"Ukrayna Aİ-dən makromaliyyə yardımının növbəti 1 milyard avroluq tranşını aldı. Vəsait ERA proqramı (Ukrayna üçün fövqəladə kreditləşdirmə proqramı - red.) çərçivəsində köçürüldü.

Xarici KİV Avropa Komissiyasının məlumatlarına istinadən yazır ki, Avropa İttifaqı yanvar-iyul aylarında Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərindən əldə olunan gəlirdən artıq Ukraynaya 10,1 milyard avro köçürüb. Brüssel bu vəsaitləri əsasən hərbi və mülki layihələri dəstəkləmək üçün istifadə edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu