ABŞ İrana nüvə zərbəsi endirəcək - İDDİA


Amerikalı jurnalist Taker Karlson ABŞ administrasiyasının yaxın günlərdə İsrailin baş naziri Benyamin Netanyahunun təzyiqi ilə İrana nüvə zərbəsi endirə biləcəyini iddia edib.

AFN.az xəbər verir ki, Karlson bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.

Jurnalistin iddiasına görə, mümkün zərbənin hədəfi İsrail kəşfiyyatının İranın uranın zənginləşdirilməsi proqramını bərpa edə biləcəyini bildirdiyi Pikaks dağı ola bilər.

Karlson qeyd edib ki, obyektin təxminən 100 metr dərinlikdə yerləşən mühafizə sistemini heç bir adi silahın dağıtmaq gücündə olmadığı iddia edilir. Bu səbəbdən jurnalist nüvə zərbəsini yeganə mümkün variant kimi göstərib.

Onun sözlərinə görə, Netanyahu İsraildə keçirilən parlament seçkilərindən sonra yaranmış qeyri-sabit siyasi vəziyyət səbəbindən belə bir hücumun həyata keçirilməsində israr edir.

Karlsonun iddiasına əsasən, Donald Tramp hələlik mümkün zərbə ilə bağlı qərar verməyib və müşavirləri ilə məsləhətləşmələr aparır. Bu müzakirələrdə vitse-prezident Cey Di Vens və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff da iştirak edir. Jurnalist onların İranla razılaşmanın əldə olunması variantına üstünlük verdiklərini bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu