Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında tankerə hücum edilib


Fars körfəzində hərəkət edən tanker iki naməlum mərmi ilə vurulub.

AFN.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Gəmilərinin Hərəkətinin Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

Mərkəzin bildirdiyinə görə, hadisə Səudiyyə Ərəbistanının Ras əl-Xəfci şəhərindən 72 dəniz mili şərqdə baş verib. Cənub-şərq istiqamətində Fars körfəzi ilə hərəkət edən tankerə iki naməlum mərmi düşüb.

UKMTO bütün ekipaj üzvlərinin təhlükəsiz olduğunu bildirib. Hadisə nəticəsində ətraf mühitə zərər dəyməsi barədə isə məlumat daxil olmayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu