Tramp İranı sərt addımlar atmaqla hədələyib


ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə Vaşinqtonun yeni addımlar ata biləcəyini bəyan edib.

AFN.az xəbər verir ki, Tramp bu barədə Konqresə aralıq seçkilər ərəfəsində Ayova ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

“İranla işi bitirməməyimizin yeganə səbəbi xeyirxah davranmaq istəməyimdir. Mümkün olduğu qədər insanların həyatını xilas etməyə çalışıram. Amma müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”, - deyə ABŞ lideri bildirib.

Mitinqdən əvvəl jurnalistlərin suallarını cavablandıran Tramp İranla bağlı münaqişənin yaxın vaxtlarda bu və ya digər şəkildə başa çatacağını deyib. Onun sözlərinə görə, Tehran ya razılaşma əldə edəcək, ya da ABŞ bu məsələyə son qoyacaq. Tramp Vaşinqtonun bunu “asan yolla” edə biləcəyini də qeyd edib, lakin hansı addımları nəzərdə tutduğunu açıqlamayıb.

Bundan əvvəl Tramp oktyabrın 8-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərə qədər ABŞ-ın İrana zərbə endirmək niyyətində olmadığını bildirmişdi. Şənbə günü isə Tehranla danışıqların yaxşı getdiyini söyləsə də, İranın etibarlılığına şübhə etdiyini vurğulamışdı.

ABŞ prezidenti gələn həftə İranla hərbi əməliyyatların bərpa olunmasının planlaşdırılıb-planlaşdırılmadığı barədə suala da birmənalı cavab verməyib.

“Axios” portalının məlumatına görə, Tramp Konqresə aralıq seçkilərdən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində deyil və Tehranla danışıqlara üstünlük vermək istəyir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu