Tramp İranı nüvə obyektinə görə vurmaqla hədələdi


ABŞ Prezidenti Donald Tramp İranın Nətənz yaxınlığında yerləşdiyi ehtimal edilən yeni nüvə obyektində fəaliyyətin davam edəcəyi təqdirdə ölkəyə güclü zərbə endirilə biləcəyini bildirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bunu Dallasda Respublikaçılar Partiyasının Konqresə aralıq seçkiləri ərəfəsində keçirilən milli qurultayında çıxışı zamanı deyib. ABŞ lideri Kirka dağında müəyyən fəaliyyət müşahidə etdiklərini söyləyib və Tehrana xəbərdarlıq edib.

"Biz Kirka dağında müəyyən fəaliyyət müşahidə edirik. İrana məsləhət görərdim ki, hiylə işlətməsin. Çünki onlara çox güclü zərbə endirməli olacağıq. Başqa seçimimiz yoxdur", - deyə Tramp bildirib.

ABŞ Prezidenti zərbənin birbaşa Kirka dağına endirilə biləcəyini də istisna etməyib.

"Dedilər ki, obyektdə müəyyən fəaliyyət müşahidə olunur. Ola bilsin, oraya da zərbə endirməli olacağıq", - deyə Tramp əlavə edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu