Vens: İsrail ilə maraqlarımız İran mövzusunda fərqlənə bilər



ABŞ vitse-prezidenti Cey Di Vens ABŞ və İsrailin İran məsələsində maraqlarının fərqlənə biləcəyini və bu çərçivədə ABŞ-ın mənafelərinin güdüləcəyini deyib.

AFN.az xəbər verir ki, Amerikanın "Fox News" kanalına müsahibə verən Vens İsrail və İrana dair mühüm açıqlamalar verib.

ABŞ və İsrailin ortaq maraqlarının olduğunu bildirən Vens "Digər tərəfdən, maraqlarımızın fərqləndiyi bəzi vəziyyətlər də var. ABŞ Prezidenti Donald Trampın ən aydın olduğu məqam budur ki, İsrailin öz hədəfləri olsa da, ABŞ-ın İrandakı əsas məqsədi onların nüvə silahına sahib olmamasını təmin etməkdir" deyə bildirib.

Vens son bir il yarımda İranla nüvə mövzusunda uzunmüddətli razılaşmanın əldə olunması üçün uyğun mühitin yaradıldığına diqqət çəkərək, "İsrail bundan məmnun ola bilər və ya olmaya bilər, lakin biz bunun fundamental olaraq ABŞ-ın maraqlarına uyğun olduğunu düşünürük" ifadəsini işlədib.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp ötən gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi telefon danışığında qarşılıqlı hücumların regional müharibəyə çevriləcəyi təqdirdə İsrailin İran qarşısında tək qala biləcəyi barədə xəbərdarlıq etdiyini açıqlamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu