Taker Karlson ABŞ-da üçüncü siyasi partiyanın yaradılmasını dəstəkləyəcək


Amerikalı jurnalist Taker Karlson ABŞ-da iki partiyalı siyasi sistemə alternativ olacaq üçüncü güclü siyasi partiyanın yaranması üçün çalışacağını bildirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Taker Karlson ABŞ-ın mövcud siyasi sistemini tənqid edərək onu özünü demokratiya kimi təqdim edən təkpartiyalı sistem adlandırıb.

"Əgər Trampa səs verirsiniz, amma nəticədə yenə də rejim dəyişikliyi ilə müşayiət olunan müharibələr görürsünüzsə, deməli, alternativə ehtiyac var. Bizə üçüncü siyasi partiya lazımdır", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ-da siyasi sistem ənənəvi olaraq Demokratlar və Respublikaçılar partiyalarının üstünlüyünə əsaslanır. Qanunvericilik yeni partiyaların yaradılmasına imkan versə də, seçki sisteminin xüsusiyyətləri səbəbindən onların federal səviyyədə ciddi siyasi nüfuz qazanması olduqca çətin hesab olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu