ABŞ nüvə müharibəsinə başlayır - ŞOK XƏBƏRDARLIQ:


Amerikalı jurnalist Taker Karlson İsrail və HƏMAS arasındakı münaqişə səbəbindən ABŞ üçün nüvə müharibəsi olacağını proqnozlaşdırıb.



AFN.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat verib.

Jurnalistin fikrincə, İsraillə HƏMAS arasındakı qarşıdurma İran və onun Qərblə müttəfiqləri arasında müharibəyə çevrilə bilər. Belə bir ssenaridə nüvə silahının istifadəsini asanlıqla təsəvvür etmək olar.

Karlson hesab edir ki, Yaxın Şərqdə münaqişənin böyüməsi qlobal iqtisadiyyatın çöküşü və ABŞ-da görünməmiş enerji böhranı ilə müşayiət olunacaq.

Jurnalist həmçinin İrana münaqişəyə müdaxilənin “ağır nəticələri” vəd edən ABŞ senatoru Lindsi Qremi tənqid edib.//publika.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu