"Qalatasaray" "Aston Villa"nı İstanbuldan əliboş göndərdi
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Qalatasaray” doğma meydanda İngiltərənin “Aston Villa” klubunu qəbul edib.
AFN.az xəbər verir ki, İstanbulda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın yeganə qolunu 77-ci dəqiqədə Dəniz Gül vurub.
Qeyd edək ki, bu qələbədən sonra “Qalatasaray”ın xalı 9-a yüksəlib.
