La Liqanın rəqəmsal platformasına kiberhücum: azarkeşlərin şəxsi məlumatları ələ keçirilib



İspaniya futbol liqası La Liqanın rəqəmsal platformalarından birinə edilən kiberhücum nəticəsində şəxsi məlumatlar əldə edilib. 

AFN.az xəbər verir ki, liqanın bazar ertəsi yaydığı açıqlamada noyabrın 14-dən 16-dək davam edən hücum zamanı azarkeş platformasındakı şəxsi məlumatların və futbol klublarına aid bəzi məlumatların təsirləndiyi bildirilib.

Məlumat sızmasının miqyası hələ müəyyənləşdirilməyib. La Liqa hadisə barədə İspaniyanın Məlumatların Mühafizəsi Agentliyinə məlumat verildiyini, həmçinin məsələ ilə bağlı Milli Polisin Kibercinayətkarlıq üzrə Mərkəzi Bölməsinə müraciət edildiyini açıqlayıb.

La Liqa kiberhücumdan noyabrın 16-da xəbər tutub və həmin vaxt məlumat sızmasının qarşısını almaq üçün zəruri tədbirlər görüb.

Təşkilatın təhlükəsizlik komandası hansı məlumatların təsirləndiyini müəyyənləşdirmək üçün platformadakı fəaliyyəti təhlil edir. Eyni zamanda, gələcəkdə oxşar hücumların qarşısını almaq məqsədilə rəqəmsal xidmətlər üzərində nəzarət gücləndirilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu