Google-a Avropada böyük cərimə: Məkan məlumatlarının işlənməsi araşdırıldı



Avropa İttifaqında şəxsi məlumatların qorunmasına cavabdeh qurum istifadəçilərin məkan məlumatlarını Aİ qaydalarına zidd şəkildə işlədiyi səbəbi ilə Google-a 403 milyon avro cərimə tətbiq edib.

AFN.az xəbər verir ki, Aİ-də şəxsi məlumatların qorunmasına cavabdeh İrlandiya Məlumatların Mühafizəsi Komissiyası Google Ireland Limited şirkəti ilə bağlı apardığı araşdırmanın yekun qərarını açıqlayıb.

Qərara əsasən, müxtəlif Avropa istehlakçı hüquqları təşkilatlarından daxil olan şikayətlərdən sonra 25 may 2018-ci ildən 4 fevral 2020-ci ilədək olan dövrü əhatə edən araşdırma çərçivəsində Google-a istifadəçilərin məkan məlumatlarını Aİ qaydalarına zidd şəkildə işlədiyi üçün 403 milyon avro cərimə verilməsi qərara alınıb.

Google internet tətbiqi fəaliyyəti və məkan tarixçəsindəki məkan məlumatlarının işlənməsinin qanuniliyini və ədalətliliyini, məkan dəqiqliyi funksiyasındakı şəxsi məlumatların işlənməsi zamanı qanunilik, ədalətlilik və şəffaflıq prinsiplərinə əməl etdiyini sübut edə bilməməsi, həmçinin bu üç funksiyanın hamısı üzrə şəffaflıq öhdəliklərinə görə cəzalandırılıb.

İrlandiya Məlumatların Mühafizəsi Komissiyası Google-dan məlumatların işlənməsi fəaliyyətlərini 6 ay ərzində qanunvericiliyə uyğunlaşdırmağı tələb edib.

Google-un Avropadakı baş ofisinin İrlandiyada yerləşməsi səbəbindən İrlandiya Məlumatların Mühafizəsi Komissiyası şirkətin Aİ ərazisində şəxsi məlumatların işlənməsi fəaliyyətlərinə nəzarət edən əsas qurum hesab olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu