AB-dən TikTok-a qarşı qərar
Avropa İttifaqı (Aİ) Çin sosial media platforması TikTok-un uşaqların məxfiliyini pozduğuna görə əhəmiyyətli məbləğdə cərimələnməsinə qərar verib.
Aİ Məlumatların Mühafizəsi Şurasıplatformanın TikTok-un 13-17 yaşlı istifadəçilərin məlumatlarının mühafizəsi ilə bağlı baş qərargahı olan İrlandiyanın Məlumatların Mühafizəsi Təşkilatı tərəfindən 2021-ci ildə başlatdığı araşdırmaya uyğun gəlmədiyi səbəbi ilə öz rəyini açıqlayıb.
Şura, İrlandiya Məlumatların Mühafizəsi Təşkilatının TikTok-un cəzalandırılmasına icazə verərək məcburi qərarında haqlı olduğunu bildirib.
Aİ Komissiyası aprel ayında Rəqəmsal Xidmətlər Qanununa (DSA) uyğun olaraq Avropada fəaliyyət göstərən əsas rəqəmsal platformalar və axtarış sistemləri üçün sərt qaydalar tətbiq edəcəyini açıqlamışdı. Bu təsnifata "Alibaba", "Amazon", "Apple AppStore", "Booking.com", "Facebook", "Google Play", "Google Maps", "Google Shopping", "Instagram", "LinkedIn", "Pinterest", "Snapchat", "TikTok", "Twitter", "Wikipedia", "YouTube" və "Zalando" daxil olduğu açıqlanıb.
Müəyyən edilmiş platformalar dezinformasiyanın məhdudlaşdırılması, qeyri-qanuni məzmunun sürətlə silinməsi, yetkinlik yaşına çatmayanların onlayn qorunması, risk qiymətləndirmələrinin aparılması, risklərin azaldılması üçün addımların atılması və kənar auditə məruz qalma kimi DSA qaydalarına uyğun olmalıdır.