TikTok ABŞ hökumətini söz azadlığını pozmaqda ittiham edib


TikTok hüquqşünasları öz ərazisində eyniadlı sosial şəbəkəni qadağan edən Montana ştatının (ABŞ) hakimiyyətinə qarşı iddia qaldırıb.


AFN.az ABC News-a istinadən xəbər verir ki, şirkətin hüquqşünasları əyalətdəki yüz minlərlə sosial media istifadəçisini qorumaq üçün Montanada TikTok-a qarşı konstitusiyaya zidd qadağaya etiraz edəcəklərini bildirərək bəyanat veriblər.

Bəyanatda qeyd olunub ki, hüquqi problem son dərəcə cəlbedici presedentlər və faktlar toplusundan ibarətdir.

İddia ərizəsində vurğulanıb ki, Montanada TikTok-un məhdudlaşdırılması ABŞ Konstitusiyasının Birinci Düzəlişdə söz azadlığı təminatlarını pozur.

Montana hökuməti 2023-cü ilin aprelində məşhur sosial şəbəkəni qadağan edən qanun qəbul edib. Sənədin mətninə əsasən, Google və Apple TikTok proqramını App Store və Google Play-dən silməli olacaqlar. Xidmətin bloklanması gözlənilmir.

Sosial şəbəkənin hüquqşünasları məhkəmədə bu tələbin qanunsuzluğunu sübut edə bilməsələr, İT korporasiyaları 2024-cü il yanvarın 1-dən Montana ştatının hakimiyyət orqanlarına təqdim etməli olacaqlar. Əks halda, Google və Apple yerli qanunvericiliyin tələblərinə əməl etmədiyi hər gün üçün 10 min dollar cərimələnəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu