ABŞ-ın TikTok-u qadağan etmək cəhdi ifadə azadlığına zərər verəcək


TikTok xəbərdarlıq edib ki, ABŞ-ın sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq.



BBC-də yayımlanan xəbərə görə, TikTok sözçüsü ABŞ Nümayəndələr Palatasında platformanı qadağan edən qanun layihəsinin təsdiqini pisləyib.

Sözçü ABŞ-ın TikTok-a qadağa qoyma cəhdinin 170 milyon amerikalının ifadə azadlığı hüququnu pozduğu barədə xəbərdarlıq edib və ABŞ iqtisadiyyatına ildə 24 milyard dollar töhfə verən platformanın bağlanmasının 7 milyon biznesə zərər vuracağını vurğulayıb.

ABŞ Konqresinin Nümayəndələr Palatası TikTok-un ölkədə qadağan edilməsinə yol açan qanun layihəsini martın 13-də qəbul edib və qanun layihəsi təsdiq üçün Senata göndərilib.

ABŞ prezidenti Co Bayden qanunu Senatın təsdiq edəcəyi təqdirdə imzalayacağını və qüvvəyə minəcəyini açıqlayıb.

TikTok-un milli təhlükəsizliklə bağlı problem yaratdığı səbəbiylə qadağan edilməsinə yol açan qanun layihəsi qanuna çevrilərsə, əsas tərəfdaş Çin şirkəti "ByteDance" platformanı təhvil verməli olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu