Nümayəndələr Palatası "TikTok"u qadağan edən qanun layihəsini qəbul etdi


ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən səsvermədə dünyaca məşhur Çin sosial media platforması "TikTok"u ölkədə qadağan edən qanun layihəsi qəbul edilib.



ABŞ TikTok-u ölkədə qadağan etməyə bir addım da yaxınlaşıb.

Nümayəndələr Palatasında keçirilən səsvermədə Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial media platformasının ABŞ-dakı aktivlərinin başqa şirkətə satılmadığı təqdirdə ölkədə qadağan edilməsini nəzərdə tutan qanun layihəsi qəbul edilib.

Nümayəndələr Palatasında keçirilən səsvermədə qanun layihəsi 58 əleyhinə 360 səslə qəbul edilib.

Qanun layihəsinə görə, "ByteDance"ın "TikTok"dan imtina etmək üçün 6 aydan 1 ilə qədər vaxtı var. Qanun layihəsində ABŞ prezidenti Co Baydenin satışlarda irəliləyiş olduğunu müəyyən edəcəyi təqdirdə satış müddətinin daha 90 gün uzadıla biləcəyi qeyd edilib.

Nümayəndələr Palatasında qəbul edilən qanun layihəsi Senatda səsvermədən sonra təsdiq üçün Baydenə təqdim ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu