Baydendən "TikTok"a qadağa siqnalı
ABŞ prezidenti Co Bayden Konqres TikTok-a girişi əngəlləmək qərarına gələrsə, müvafiq qanun layihəsini imzalayacağını bəyan edib.
ABŞ prezidenti Co Bayden mətbuat mənsublarının ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsinin TikTok-un qadağan edilməsinə yol aça biləcək qanun layihəsini təsdiqləməsi ilə bağlı suallarını cavablandırıb.
Əgər Konqres sözügedən qanun layihəsini təsdiq etsə, onu imzalayacağını deyib.
Martın 7-də ABŞ Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsi tərəfindən təsdiqlənən qanun layihəsi çərçivəsində Pekində yerləşən ByteDance şirkəti TikTok səhmlərini 180 gün ərzində köçürməsə, tətbiqin ölkədə qadağan edilməsi gözlənilir.
Ağ Evin sözçüsü Karine Jean-Pierre Ağ Evin texniki dəstək verdiyi TikTok-a girişi qadağan edən qanun layihəsinin Baydenin təsdiq edəcəyi bir nöqtəyə çatması üçün tənzimləməyə ehtiyacı olduğunu qeyd edib.