ABŞ-da "TikTok"u qadağan edən qanun layihəsi hazırlanıb


ABŞ Konqresinin Nümayəndələr Palatası "ByteDance" şirkətinə məxsus "TikTok" sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıb.



Bu barədə CNBC məlumat yayıb.

Telekanalın məlumatına görə, Viskonsin ştatından respublikaçı Mike Gallagher və İllinoys ştatından Demokrat Raca Krişnamurti "Amerikalıları Nəzarət Edilən Xarici Düşmən Tətbiqlərindən Müdafiə Aktı" adlı qanun layihəsi təqdim ediblər. Sənəddə sosial şəbəkənin ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığı bildirilib.

CNBC qeyd edir ki, belə bir qanun layihəsi qəbul olunarsa, "ByteDance"in "TikTok"u satmaq üçün təxminən beş ay vaxtı olacaq, "Apple" və "Google"a məxsus olan hosting şirkətləri və proqram mağazaları proqrama və digər istifadəçilərə dəstəyi dayandırmaq məcburiyyətində qalacaq.

"TikTok" sözçüsü isə məsələ ilə bağlı açılamasında bildirib ki, müəlliflər bunu necə ört-basdır etməyə çalışsalar da, bu qanun layihəsi "TikTok"a açıq qadağadır. O, qeyd edib ki, bu qanun 170 milyon amerikalının Birinci Düzəliş hüquqlarını pozacaq və 5 milyon kiçik biznesi platformasından məhrum edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu