Kiyevə Rusiya hücumu nəticəsində 3 mülki şəxs həlak olub
Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko Rusiya ordusunun şəhərə hücumu nəticəsində ilkin məlumata görə, 3 nəfərin öldüyünü, təxminən 15 nəfərin isə yaralandığını bildirib.
AFN.az xəbər verir ki, hücum zamanı raketlərdən istifadə olunub, şəhərin bəzi körpüləri zərər görüb.
Kliçko sosial media hesabında paylaşım edərək Rusiyanın Kiyevə hava hücumu təşkil etdiyini qeyd edib.
Hücumun raketlərlə həyata keçirildiyini bildirən mer şəhərdəki bəzi körpülərin zərbə aldığını vurğulayıb.
Kliçko Kiyevdə bir sıra binaların və infrastruktur obyektlərinin də zərər gördüyünü qeyd edib. Onun sözlərinə görə, ilkin məlumata əsasən, hücum nəticəsində ən azı 3 mülki şəxs həyatını itirib, təxminən 15 nəfər yaralanıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının yazılı açıqlamasında ölkənin müxtəlif bölgələrinə qarşı hava hücumlarının davam etdiyi bildirilib.
