Rusiyanın Kiyevə etdiyi hava hücumunda 2 nəfər öldü, 10 nəfər yaralandı



Ukraynanın paytaxtı Kiyevdə Rusiyanın gecə saatlarında həyata keçirdiyi hücum nəticəsində 2 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

AFN.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial media hesablarında verdiyi açıqlamada gecə paytaxta edilən Rusiya hücumundan sonra 2 nəfərin öldüyünü, 10 şəhər sakininin yaralandığını bildirib.

Yaralılardan 5-nin xəstəxanaya yerləşdirildiyini bildirən Kliçko 2 yaralının vəziyyətinin ağır olduğunu qeyd edib.

Kliçko hücum nəticəsində paytaxtın müxtəlif ərazilərində anbar və digər kommersiya obyektlərində, özəl məktəbin yerləşdiyi ərazidə və yaşayış binalarında yanğınların baş verdiyini, bəzi binalara və nəqliyyat vasitələrinə də ziyan dəydiyini bildirib.

Hadisə yerlərində fövqəladə hallar qrupları və bələdiyyə əməkdaşlarının işlərini davam etdirdiyini, paytaxtda hava hücumu siqnalının hələ də qüvvədə olduğunu bildirən Kliçko əhaliyə təhlükəsiz yerlərdə qalmaları çağırışı edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu