ABŞ şirkəti rəqibini 43,9 milyard dollara almağa hazırlaşır


ABŞ-ın kibertəhlükəsizlik şirkəti "CrowdStrike" rəqibi "Zscaler"i 43,9 milyard dollara almaq barədə razılığa gəlib.

AFN.az "TechCrunch"a istinadən xəbər verir ki, tərəflərin noyabrın 23-də elan etdikləri razılaşmaya əsasən, sövdələşmə səhmlərin dəyişdirilməsi yolu ilə həyata keçiriləcək.

Razılaşmaya əsasən, "Zscaler" səhmdarları şirkətin hər səhminə görə 1,135 "CrowdStrike" səhmi əldə edəcəklər.

Birləşmə nəticəsində "CrowdStrike"ın kompüter, mobil telefon və digər cihazların qorunması üzrə texnologiyaları "Zscaler"in bulud əsaslı kibertəhlükəsizlik və şəbəkə girişinə nəzarət sistemləri ilə birləşdiriləcək.

Şirkətlərin sövdələşmə ilə bağlı açıqlamalarında bildirilir ki, bu addım süni intellekt texnologiyalarının geniş yayıldığı dövrdə kibertəhlükələrə qarşı daha güclü müdafiə imkanları yaradacaq.

"Zscaler"in təxminən 8 min korporativ müştərisinin olduğu bildirilir. Tərəflər sövdələşmənin başa çatması üçün tənzimləyici qurumların razılığı gözləyirlər. Prosesin 2027-ci ilin ikinci yarısında yekunlaşması gözlənilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu