"Galatasaray"ın Çempionlar Liqasındakı rəqibləri məlum oldu
UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsində Türkiyənin “Qalatasaray” klubunun qarşılaşacağı rəqiblər müəyyənləşib.
AFN.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, İstanbul təmsilçisi “Barselona”, PSJ, “Aston Villa”, “Sportinq”, “Feyenoord”, “Lill”, “Ştutqart” və AEK ilə üz-üzə gələcək.
“Qalatasaray” “Barselona”, “Aston Villa”, “Feyenoord” və “Ştutqart”la doğma meydanda, PSJ, “Sportinq”, “Lill” və AEK-lə isə səfərdə qarşılaşacaq.
Beləliklə, Türkiyə çempionunu Çempionlar Liqasının liqa mərhələsində olduqca güclü rəqiblərlə oyunlar gözləyir. Liqa mərhələsinin ilk turu sentyabrın 8-10-da keçiriləcək.
Qeyd edək ki, “Qalatasaray” bu mərhələdə ümumilikdə 8 oyun keçirəcək – 4 evdə, 4 səfərdə.
