İngiltərədə qadın lotereyadan 1 milyon funt sterlinq qazanıb



İngiltərədə üç uşaq anası olan qadın ərinə saxta qaşınan lotereya bileti ilə zarafat etdikdən bir neçə həftə sonra “National Lottery” lotereyasından 1 milyon funt sterlinq qazanıb. 

AFN.az xəbər verir ki, bu hadisə şəhərin İngiltərənin ən şanslı bölgələrindən biri olması ilə bağlı məlumatları bir daha gündəmə gətirib.

Peterboro yaxınlığındakı Uittlsi qəsəbəsində yaşayan 36 yaşlı Şarlotta Pirt həyat yoldaşı Danielə qaşınan lotereya biletindən 250 min funt sterlinq qazandıqlarını deyib, daha sonra isə bunun sadəcə zarafat olduğunu açıqlayıb.

Lakin cəmi iki həftə sonra Peterboro yaxınlığındakı Uittslidə yaşayan cütlük həyatlarını dəyişəcək məbləğdə pul qazandıqlarını öyrənib.

Cütlüyün bəxtində yaşadıqları yerin də rolu ola bilər. Belə ki, “National Lottery” Peterboronu İngiltərənin ən şanslı 10 məkanından biri kimi göstərib.

İngiltərənin ən şanslı 10 məkanı siyahısında Kambridşir qraflığının şəhəri doqquzuncu yerdə qərarlaşıb. “National Lottery”nin 1994-cü ildə fəaliyyətə başlamasından bəri burada 142 nəfər milyonçu olub.

Birmingem 234 milyonçu ilə siyahıya başçılıq edir. Onu 202 milyonçu ilə Belfast, 178 milyonçu ilə isə Qlazqo izləyir. Mançester də son üç ildə 30 milyonçu ilə şəhərlər arasında ilk sırada yer alaraq son dövrdə qaliblərin mərkəzlərindən birinə çevrilib.

Pirt şanslı biletini 2018-ci ildə, 28 yaşında olarkən alıb. Lotereya hesabında qalan 1,50 funt sterlinqlə o, əvvəllər heç vaxt oynamadığı “Lotto Hotpicks” oyununda iştirak edib.

Pirt “The Independent” nəşrinə açıqlamasında əvvəlcə uduş bildirişini həqiqi qazancdan daha çox reklam hesab etdiyini deyib. O bildirib ki, səhəri gün elektron poçtunu yoxlayanda mükafat qazandığı barədə bildiriş görüb və əvvəlcə yalnız növbəti tirajda iştirak hüququ və ya buna bənzər bir şey qazandığını düşünüb. Lakin hesabına daxil olduqda qarşısına daha böyük rəqəmlər çıxıb.

Pirt əlavə edib ki, yenicə oyandığı üçün baş verənləri tam dərk edə bilməyib və rəqəmləri səhv oxuduğunu düşünüb. Buna görə işdə olan həyat yoldaşına zəng edib.

Bir neçə həftə əvvəl etdiyi zarafata görə Pirt bu dəfə uduşun həqiqiliyinə inanmaq üçün lotereya hesabına özü daxil olmalı olub.

O bildirib ki, telefonla uduş təsdiqlənəndə sevincdən özlərini itiriblər, dərhal bir-birlərinə sarılaraq ağlayıblar.

Bir milyon funt sterlinq onların hesabına köçürüldükdən sonra beş nəfərlik ailə üçün uyğun ev axtarmağa başlayıblar, Laplandiyaya dəbdəbəli tətilə gediblər və uşaqlarına üç ədəd hoverboard da daxil olmaqla xüsusi Yeni il hədiyyələri alıblar.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu