“Breaking Bad” serialının ulduzu 34 yaşında vəfat etdi
“Breaking Bad” serialında Uolter Uaytın oğlu Uolter Uayt Jr. obrazı ilə tanınan amerikalı aktyor RJ Mitte 34 yaşında həyatını itirib.
AFN.az xəbər verir ki, aktyor ABŞ-ın Texas ştatının Braunsvill şəhərindəki evində vəfat edib.
Aktyorun nümayəndəsi Şon Reyli baş verən hadisədən böyük kədər duyduqlarını bildirib.
Braunsvill Polis Departamenti ölüm səbəbinin hələ müəyyən edilmədiyini, araşdırmanın davam etdiyini və hadisədə hər hansı şübhəli məqamın olmadığını açıqlayıb.
Kameron dairəsinin sülh hakimi Sindi Hinohosa aktyorun oktyabrın 12-də evində vəfat etdiyinin müəyyənləşdirildiyini və meyitin yarılmasının aparılacağını bildirib.
Serebral iflic xəstəliyi olan Mitte mükafatlı serialdakı rolunda öz həyat təcrübəsindən qaynaqlanan təbii ifası ilə seçilib.
Aktyor əlilliyi olan şəxslərin hüquqlarını müdafiə edib və bu sahədə maarifləndirmənin artırılması üçün fəaliyyət göstərib.


