Azərbaycanda ÜDM 1,5 faiz artıb: iqtisadiyyatın sahələri üzrə yeni göstəricilər açıqlanıb



Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard 48,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.

AFN.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artıb.

ÜDM istehsalının 34,3 faizi sənayenin, 10,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmirinin, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatının, 6,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 5,4 faizi tikintinin, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2 faizi informasiya və rabitə sahələrinin payına düşüb.

Digər sahələrin ÜDM-də payı 20,9 faiz təşkil edib. Məhsula və idxala xalis vergilər isə ümumi daxili məhsulun 9,8 faizinə bərabər olub.

Hesabat dövründə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 11,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 10 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 4,5 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 3,8 faiz artıb.

Digər xidmət sahələrində 1,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 1,1 faiz, sənayedə isə 0,2 faiz artım qeydə alınıb. Tikinti sahəsində əlavə dəyər 8,7 faiz azalıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu