2022-ci ildə iqtisadi artımın hərəkətverici qüvvəsi bu sahələr olub


Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2022-ci ildə Azərbaycanda 133,8 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, 2021-ci illə müqayisədə 4,6 faiz artım deməkdir.


AFN.az-ın xəbərinə görə, Komitə bildirir ki, ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,1 faiz artıb.
Bəs bu artımda ayrı-ayrı sektorların payı nə qədər olub? İqtisadçı-ekspert Rövşən Ağayevin dediyinə görə, Azərbaycanda əhalinin məşğulluğunda 60 faizə yaxın payı olan kənd təsərrüfatının ölkə üzrə iqtisadi artımda payı çox azdır: “Açıqlanan məlumatlardan görünən odur ki, iqtisadi artımın hərəkətverici qüvvəsi tikinti və turizm olub. Bu sahələrin heç biri dayanıqlı və inklüziv iqtisadi artım üçün mənbə kimi qala bilmirlər. Onlardan sonra nəqliyyat sektoru gəlir - xüsusən də boru kəmərləri vasitəsilə daşımalar.
Məşğulluqda təxminən 10 faiz payı olan tikinti və turizmin iqtisadi artıma töhfəsi məşğulluqda 60 faizə yaxın payı olan kənd təsərrüfatı, emal sənayesi və ticarət sektorlarından az qala 2 dəfə çox olub”.
Rəsmi statistikaya əsasən 2022-ci ildə kənd təsərrüfatı istehsalı 2021-ci illə müqayisədə 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə isə 3,3 faiz artıb.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu