Ər-Riyadda potensial təhlükə ilə bağlı fövqəladə xəbərdarlıq yayılıb


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda potensial təhlükə ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

AFN.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.

Qurumun açıqlamasına görə, Ər-Riyadda fövqəladə hallar üzrə Milli Erkən Xəbərdarlıq Platforması təhlükə barədə bildiriş yayıb. Sakinlərə rəsmi təlimatlara əməl etmək tövsiyə olunub.

Qeyd edək ki, oktyabrın 10-u və 11-də Ər-Riyadın beynəlxalq hava limanı Yəməndə fəaliyyət göstərən husilərin (“Ənsar Allah” hərəkatı) hücumlarına məruz qalıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu