Səudiyyə Ərəbistanının Əl-Xərc şəhərində erkən xəbərdarlıq sistemi işə salınıb
Səudiyyə Ərəbistanının Riyad bölgəsinə tabe olan Əl-Xərc şəhərində mümkün təhlükəyə qarşı erkən xəbərdarlıq sisteminin işə salındığı bildirilib.
AFN.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Müdirliyinin "X" hesabından verilən açıqlamada Milli Fövqəladə Hallar Erkən Xəbərdarlıq Platforması tərəfindən Əl-Xərc vilayətində potensial təhlükəyə qarşı xəbərdarlıq sisteminin aktivləşdirildiyi qeyd olunub.
Açıqlamada vətəndaşlara və bölgədəki digər şəxslərə rəsmi qurumların təlimatlarına əməl etmələri barədə çağırış edilib.
Verilən xəbərdarlığın mahiyyəti və təhlükənin mənbəyi ilə bağlı isə hər hansı bir təfərrüat paylaşılmayıb.
Daha sonra Mülki Müdafiə Müdirliyinin eyni platforma vasitəsilə yaydığı ikinci açıqlamada Əl-Xərc şəhərində təhlükənin başa çatdığı bəyan edilib, həmçinin təhlükəsizlik naminə Mülki Müdafiə təlimatlarına riayət etməyə davam etmək, kütləvi toplaşmaqdan və video-foto çəkilişlər aparmaqdan çəkinmək tövsiyə olunaraq, fövqəladə hallarda 911 nömrəsinə zəng edilməsi istənilib.


