ABŞ-dan vətəndaşlarına Səudiyyə Ərəbistanını tərk etmək çağırışı
ABŞ təhlükəsizlik mülahizələrinə görə Səudiyyə Ərəbistanında olan vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.
AFN.az xəbər verir ki, ABŞ-ın Ər-Riyaddakı səfirliyi tərəfindən yayılan yazılı bəyanatda ABŞ vətəndaşlarına təhlükəsiz səyahət imkanı olduğu təqdirdə kommersiya reysləri ilə Səudiyyə Ərəbistanından ayrılmaq tövsiyə olunub. Açıqlamada qeyd olunub ki, Səudiyyə Ərəbistanının hava məkanı davam edən raket və pilotsuz uçuş aparatı (PUA) təhdidlərinə qarşı tez-tez tətbiq edilən hava hərəkəti məhdudiyyətlərinə baxmayaraq açıq qalmağa davam edir.
Ər-Riyad, Ciddə və Dammam hava limanlarının açıq və fəaliyyətdə olduğuna diqqət çəkilən bəyanatda ABŞ vətəndaşlarının ölkəni təhlükəsiz şəkildə tərk etmələri təşviq edilib.
Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı ABŞ və İsrailin hücumlarına cavab olaraq İrandan atılan raket və PUA zərbələrinə məruz qalır. Səfirlik vətəndaşlarını yerli media və rəsmi xəbərdarlıqları yaxından izləməyə çağırıb.


