ABŞ Haitidəki vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb


ABŞ təhlükəsizlik vəziyyətinin pisləşməsini əsas gətirərək Haitidəki vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.


AFN.az xəbər verir ki, ABŞ-ın Haitidəki səfirliyi mövzu ilə bağlı yazılı açıqlama yayıb.

Bəyanatda ABŞ vətəndaşlarına şəxsi və ya kommersiya nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunub.

“Ölkədə mövcud təhlükəsizlik vəziyyəti və infrastruktur çətinlikləri ilə əlaqədar Haitidəki ABŞ vətəndaşları ən qısa zamanda ölkəni tərk etməlidirlər”, - deyə məlumatda bildirilir.

ABŞ Dövlət Departamenti daha əvvəl Haitiyə səfər etməmək barədə xəbərdarlıq edərək səfirliyin qeyri-vacib işçilərinin ölkəni tərk etmələrini tələb etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu