İsrail Misirdəki vətəndaşlarından dərhal ölkəni tərk etmələrini xahiş edir
İsrail Misirdəki vətəndaşlarını tez bir zamanda ölkəni tərk etməyə çağırıb.
Misirin İsgəndəriyyə şəhərindəki hücumdan sonra İsrail Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.
Açıqlamada Misirdə, xüsusilə Sinayda olan israillilərə qalma müddətlərini qısaltmaq və ən qısa zamanda ölkəni tərk etmələri tövsiyə edildiyi qeyd edilib.
Açıqlamada dünyanın müxtəlif ölkələrində israillilərə qarşı hücumlarla bağlı narahatlıqların olduğu ifadə edilərək, israillilərdən planladıqları uçuşları yenidən nəzərdən keçirmələri və səyahət xəbərdarlığı olan ölkələrə, xüsusilə də Yaxın Şərq ölkələrinə getməmələri istənilib.
Misirin İsgəndəriyyə şəhərində polisin açdığı atəş nəticəsində 2 israilli turistin və bir misirlinin həyatını itirdiyi bildirilib.