ABŞ vətəndaşlarını Əfqanıstanı dərhal tərk etməyə çağırıb


ABŞ-ın Kabildəki səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını yaranmış təhlükəli vəziyyətə görə Əfqanıstanı dərhal tərk etməyə çağırıb.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ səfirliyi açıqlama yayıb.

Bildirilib ki, Əfqanıstanda, hətta Kabildəki diplomatik nümayəndəliklərdə çalışanların bir hissəsi ixtisar edildiyindən səfirliyin ABŞ vətəndaşlarına yardım etmək imkanları da məhduddur: “Bu kimi səbəblərdən vətəndaşlarımızı Əfqanıstan ərazisini dərhal tərk etməyə çağırırıq”.

Səfirlik ABŞ kommersiya reysi üçün bilet ala bilməyən vətəndaşlarına borc verməyə hazır olduğunu da vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu