Səudiyyə Ərəbistanında Nəcran üçün təcili xəbərdarlıq



Səudiyyə Ərəbistanının cənubundakı Nəcran bölgəsində mümkün təhlükələrlə bağlı təcili xəbərdarlıq elan edilib. 

AFN.az xəbər verir ki, xəbərdarlıq Yəməndə İranın dəstəklədiyi husilərin hücumlarının hədəfində olan bölgə ilə bağlı yayımlanıb.

Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsinin ABŞ-da yerləşən X platformasındakı hesabında yayılan açıqlamada Nəcran bölgəsində baş verə biləcək fövqəladə vəziyyətlərə qarşı xəbərdarlıq edilib.

Açıqlamada bölgə sakinlərinə can və mal təhlükəsizliyinin qorunması məqsədilə Mülki Müdafiə qüvvələrinin təlimatlarına əməl etmək, toplanış məntəqələrindən uzaq durmaq və görüntü çəkməmək çağırışı edilib.

Mülki Müdafiə Baş İdarəsi daha sonra yaydığı açıqlamada sözügedən təhlükənin sona çatdığını bildirib.

Yəməndə İranın dəstəklədiyi husilər paytaxt Sənaya edilən pilotsuz uçuş aparatı hücumlarına görə Səudiyyə Ərəbistanını günahlandırıb və cavab verəcəkləri ilə bağlı təhdid irəli sürüblər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu