“Məkkə paktı” iştirakçıları Ər-Riyadda görüşəcək


Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanan “Məkkə sazişi” çərçivəsində Strateji Siyasi-Müdafiə Komitəsinin iclası yaxın vaxtlarda Ər-Riyadda keçiriləcək.

AFN.az xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri İshaq Dar mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, komitənin iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunub və görüş yaxın günlərdə Ər-Riyadda baş tutacaq. Komitədə hər ölkədən üç nümayəndə – xarici işlər naziri, müdafiə naziri və Baş Qərargah rəisi təmsil olunur.

Dar bildirib ki, görüşdə əsas məsələlərdən biri Yəməndəki “Ənsar Allah” hərəkatının Səudiyyə Ərəbistanına hücumları ətrafında yaranmış vəziyyət olacaq.

“Məkkə sazişi” avqustun 7-də Pakistanın Baş naziri Şahbaz Şərif, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Sazişə əsasən, iştirakçı ölkələrdən birinə hücum bütün tərəflərə qarşı təcavüz kimi qiymətləndiriləcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu