İran Məkkə paktına qoşulmaqla bağlı ölkələrdən təklif almayıb


İran Məkkə paktı ölkələrindən (Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan) birliyə qoşulmaq barədə rəsmi təklif almayıb.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında İslam Respublikası XİN-in rəsmi nümayəndəsi İsmayıl Baqayi bildirib.

"Biz Məkkə paktının iştirakçısı olan ölkələrdən rəsmi təkliflər almamışıq", – deyə diplomat vurğulayıb.

Daha əvvəl İran Məclisinin (parlament) İnformasiya Agentliyinin rəhbəri Mehdi Rəhimi Tehranın Məkkə paktına qoşulmaq üçün dəvət aldığını və məsələyə baxıldığını bəyan etmişdi.

Qeyd edək ki, Məkkə sazişi avqustun 7-də Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Səlman Əl Səud, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif arasında imzalanıb. Sənəd ölkələrdən birinə hücumun koalisiyanın bütün iştirakçılarına qarşı təcavüz kimi qiymətləndirilməsini nəzərdə tutur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu