Ankara, İslamabad və Ər-Riyad birgə təlimlər keçirəcək


Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı müdafiə texnologiyaları sahəsində səylərini birləşdirəcək, hərbi təcrübə mübadiləsi aparacaq və birgə təlimlər keçirəcəklər.

Bu, Türkiyə parlamentinin payız sessiyasında ratifikasiya edildikdən sonra qüvvəyə minəcək Məkkə sazişində nəzərdə tutulub. AFN.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

Nəşrin xəbərinə görə, üç ölkə arasında hərbi əməkdaşlıq yolunda ilk addım ordu personalının mübadiləsi olacaq ki, bu da uzunmüddətli hərbi əməkdaşlığın təməlini qoyacaq. Birgə təlimlərin keçirilməsi potensial böhran vəziyyətlərində üç ölkənin Silahlı Qüvvələrinin əməliyyat uyğunluğunun artırılmasına xidmət edəcək.

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə həmçinin hərbi-sənaye kompleksi sahəsində fəal əməkdaşlıq etməyi, bu məqsədlə istehsal, texnoloji və elmi-tədqiqat imkanlarından istifadə etməyi planlaşdırırlar. Paktın çəkindirici potensialı saziş çərçivəsində yaradılacaq erkən xəbərdarlıq mexanizmini gücləndirəcək.

Məkkə sazişini avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Şahbaz Şərif imzalayıblar. Sənəd ölkələrdən birinə hücumun sazişin bütün iştirakçılarına qarşı təcavüz kimi qiymətləndirilməsini nəzərdə tutur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu