Tramp Məkkə sazişini alqışlayıb
ABŞ Məkkə sazişini Yaxın Şərq dövlətlərinin birləşməsinin və özlərini müdafiə edə bilmək qabiliyyətinin nümayişi hesab edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın bu yaxınlarda, nəhayət, birgə müdafiə haqqında Məkkə sazişini imzalamalarını görməkdən çox şadam. Bu, Yaxın Şərq ölkələrinin necə birləşdiyini və nəhayət özlərini daha effektiv şəkildə necə müdafiə edə biləcəklərini göstərir. Bu üç ölkənin böyük rəhbərliyini təbrik edirəm. Bu, böyük, cəsarətli və mühüm ilk addımdır!" – deyə ABŞ lideri "Truth Social" şəbəkəsində yazıb.
Məkkə sazişi avqustun 7-də Pakistanın Baş naziri Şahbaz Şərif, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Türkiyə Prezidenti Tayyib Ərdoğan tərəfindən imzalanıb. Sənəd ölkələrdən birinə hücumu bütün iştirakçılara qarşı təcavüz kimi qiymətləndirilməsini nəzərdə tutur.
