Reuters: Tramp yenidən seçilərsə, Səudiyyə Ərəbistanı İsraili tanıya bilər
ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gələrsə, Səudiyyə Ərəbistanı hakimiyyəti İsraillə diplomatik əlaqələr qurmağa razılaşa bilər.
AFN.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Trampın vasitəçiliyi ilə İsraillə saziş bağlanarsa, onu dəstəkləyə bilər. Eyni zamanda agentliyin məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Cared Kuşnerin kürəkəni Səudiyyə Ərəbistanı rəhbərliyi ilə danışıqlarda iştirak edəcək. Trampın 2020-ci il seçkilərindəki məğlubiyyətindən sonra da bu mövzuda Məhəmməd bin Salmanla əlaqə saxlamağa davam etdiyi iddia edilir.
"Reuters" mənbələrinin məlumatına görə, ABŞ-dakı seçki yarışı Demokratlar Partiyasının namizədi Kamala Harrisin qələbəsi ilə başa çatsa belə, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində irəliləyiş əldə olunacaq. Agentliyin həmsöhbətləri hesab edirlər ki, bu halda İsraillə müqavilə bağlamaq daha çox vaxt tələb edə bilər.
Səudiyyə Ərəbistanı və İsrail uzun müddətdir ki, münasibətləri normallaşdırmaq üçün səy göstərirlər. Lakin 2023-cü ildə Yaxın Şərqdə vəziyyətin kəskinləşməsindən sonra bu proses dayandırılıb. 2024-cü ilin sentyabrında Məhəmməd bin Salman, ölkəsinin müstəqil Fələstin dövləti yaratmadan İsraili tanımayacağını açıqlayıb.