İsraillə Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşması zaman məsələsidir - AÇIQLAMA


İsrailin xarici işlər naziri Eli Koen Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin qurulması ilə bağlı razılığın əldə edilməsinin zaman məsələsi olduğunu deyib.


Eli Koen bildirib ki, saziş ABŞ-ın da maraqlarına uyğundur. "Bayden administrasiyası 2024-cü il prezident seçkilərindən əvvəl siyasi uğur istəyir" - deyə o bildirib: "Amerikalılar iqtisadiyyatla da maraqlanırlar və ABŞ və Səudiyyə Ərəbistanı arasında razılaşma enerji xərclərini azalda bilər. Səudiyyəlilər də İrana qarşı müdafiə axtarırlar. Biz Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və İsrailin maraqlarının üst-üstə düşdüyü bir nöqtədəyik, ona görə də mediada doqquz aydan bir ilə qədər müddətə müqavilə haqqında danışan xəbərlər reallığa uyğundur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu