Bakıda və bölgələrdə oktyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb
Oktyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
AFN.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin oktyabrın 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli az çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Səhər və axşam arabir duman olacaq.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlıq ərazilərdə gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
