Norveçdə hərbi təlim zamanı kirayə avtomobillərin həssas məlumatları qeydə aldığı iddia olunur



Norveçdə hərbi təlim zamanı istifadə edilən kirayə avtomobillərin həssas məlumatları qeydə aldığı iddia edilib. 

AFN.az xəbər verir ki, hərbçilərin hərəkət marşrutlarının və təhlükəsizlik giriş şifrələrinin avtomobillərin kameraları vasitəsilə qeydə alınması ölkədə təhlükəsizliklə bağlı narahatlıqlara səbəb olub.

Norveç mediasının məlumatına görə, paytaxt Osloda sentyabr ayında keçirilən hərbi təlimdə kirayə avtomobillərdən istifadə olunduğu üzə çıxıb. Həmin avtomobillərdəki kameraların hərbçilərin hərəkətlərini, marşrutlarını və təhlükəsizlik giriş şifrələrini qeydə aldığı iddia edilir.

Avtomobillərin Norveç Silahlı Qüvvələrinin xidmətlərindən istifadə etdiyi şirkət vasitəsilə kirayələndiyi, onlardan ən azı ikisinin Çin markalı olduğu bildirilib.

İddialardan sonra avtomobillərdəki kameraların yaddaşının silindiyi barədə açıqlama verilib. Kirayə avtomobillərin hərbi məlumatları qeydə alması Norveçdə təhlükəsizliklə bağlı narahatlıqları gündəmə gətirib.

Norveç Müdafiə Nazirliyinin daha əvvəl verdiyi açıqlamada kirayə avtomobillərlə bağlı müqavilədə həssas məlumatların icazəsiz şəxslərin əldə etməsindən qorunmasını nəzərdə tutan müddəanın olduğu bildirilmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu