DOGE ABŞ Daxili Gəlir Xidmətinin həssas məlumatlarına daxil olmağa çalışıb - İDDİA


ABŞ-lı milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) ABŞ Daxili Gəlir Xidmətinin (IRS) vergi ödəyicilərinin həssas məlumatlarına giriş əldə etməyə cəhd etdiyi iddia edilir.



"Associated Press" (AP) adı açıqlanmayan iki mənbəyə istinadən xəbər verib ki, DOGE IRS tərəfindən istifadə edilən və məmurlara müəyyən vergi ödəyiciləri üçün hesab məlumatlarına dərhal baxmaq imkanı verən məlumat sisteminə daxil olmağa çalışıb.

Xəbərdə bildirilib ki, DOGE bu sistemə giriş əldə edərsə, Mask və komandası vergi ödəyicilərinin bank qeydlərini və digər həssas məlumatları ehtiva edən milyonlarla fayla daxil ola biləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu