Mask bürokratiyanı ABŞ hökumətinin seçilməmiş dördüncü qolu adlandırıb
![](/uploads/posts/2025-02/mask.jpg)
Federal bürokratiya Amerika hökumətinin seçilməmiş dördüncü qolunu təmsil edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-da hökumətin Effektivliyi üzrə Milli Ofisin (DOGE) rəhbəri İlon Mask deyib.
Musk vurğulayıb ki, federal bürokratiyada yaxşı insanlar var, lakin onlar cavabdeh olmalıdırlar. O, bunu hökumətin “seçilməmiş” dördüncü qolu adlandırıb. Milyarder büdcə kəsiri probleminin həllinin vacibliyini də qeyd edib.
Mask bəzi məmurların vergi ödəyiciləri hesabına varlandığını bildirib.
O, həmçinin hökumətin işinə "sağlam düşüncə nəzarəti" gətirmək istədiyini və bunun əvvəllər əskik olduğuna inandığını söyləyib. İş adamı əlavə edib ki, vergi ödəyicilərinin pulları ağılla xərclənməlidir. Eyni zamanda, o, qüdrətli tədbirlər görməyəcəyini, sadəcə olaraq məntiqi rəhbər tutmaq niyyətində olduğunu vurğulayıb.
Maskın sözlərinə görə, söhbət 2024-cü ilin noyabrında Trampı prezident seçərək ABŞ xalqının səs verdiyi “hökumətin kütləvi islahatı”ndan gedir. O, ictimai etimadın gücləndirilməsi və maraqların toqquşmasının qarşısını almaq üçün rəhbərlik etdiyi departamentin bütün fəaliyyətlərinin şəffaf olacağına söz verib.