Tramp və Maskın şirkətlərinin dəyəri yüksəldi


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və onun seçki kampaniyasında fəal iştirak edən İlon Maskın şirkətlərinin səhmlərinin qiyməti noyabrın 6-da bahalaşıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, "Trump Media & Technology" üçün birja kotirovkaları 9,06 faiz artaraq 37 dollara, "Tesla" 13,89 faiz bahalaşaraq bir səhm üçün 286,36 dollara çatıb. Ümumiyyətlə, məlumatlara görə, prezident seçkilərinin nəticələri fonunda ABŞ-ın bütün fond bazarı da artıb – hər üç əsas indeks rekord səviyyəyə qalxıb.

İlon Mask yeni prezidentin administrasiyasında vəzifə alacağı təqdirdə hökumətin səmərəliliyini artırmaq üçün çalışacağını vəd edib.

Tramp Floridada etdiyi ilk qələbə nitqi zamanı "SpaceX"-in yaradıcısını “super dahi” və “xüsusi oğlan” adlandıraraq onu qoruyacağına söz verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu