Trampın mitinqində İlon Maskın görüntüləri sosial mediada yayılıb


ABŞ-ın keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdinə məruz qaldığı Pensilvaniya ştatının Butler bölgəsində yenidən seçki mitinqini keçirib.



Mitinqdə Trampı amerikalı milyarder iş adamı İlon Mask da müşayiət edib. Maskın səhnədəki bəzi hərəkətləri sosial mediada yayılıb.

Tramp mitinqdə İlon Maskı səhnəyə dəvət edərək, onu ifadə azadlığını xilas edən və raket istehsalçısı kimi təqdim edib.

Mask səhnəyə qara rəngli “Make America Great Again” şlyapası və “Occupy Mars” köynəyində çıxıb.

Maskın səhnədəki bəzi hərəkətləri sosial mediada sürətlə yayılaraq zarafatlara səbəb olub.

Dünyanın ən varlı adamı sevincdən ətrafa tullanıb, ətrafdakı camaata əl yelləyərək görünürüb.

Sosial media istifadəçiləri Musk-ı “indiyə qədərki ən yaxşı tullanan” sözləri ilə hədəfə alıblar.

Mənbə: TRT Haber



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu